Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaq qidaları ilə bağlı "həyacan siqnalı"

© REPORTSəhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev
Səhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyinin rəsmisi: "Hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə edir. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik"

BAKI, 6 okt — Sputnik. Bəzi həkimlər süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir. Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev, körpələrin süni qida məhsulları ilə qidalanmasına münasibət bildirərkən deyib.

Kitab oxuyan uşaq. Arxiv şəkli - Sputnik Azərbaycan
Alimlər uşaqlara bu qidaları verdilər və ilginc nəticələr əldə etdilər

Onun sözlərinə görə, ana südünün əvəzləyicisinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib: "Təbii ki, canlı orqanizmdə yaranan bir şeyi canlıdan başqa heç kim yarada bilməz. Ana südünün əmələ gəlməsi üçün bir neçə mərhələ lazımdır, bunun üçün isə canlı orqanizm olmalıdır".

"Ancaq ana südünün əvəzləyicisinin yaradılması çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı. Ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər", — N. Quliyev vurğulayıb.

O, qeyd edib ki, hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə edir: "Həmin şirkətlərin əməkdaşları qapı-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Səhiyyə Nazirliyi belə hallara qarşı çox ciddi mübarizə aparır".

Xəbər lenti
0