ABŞ Türkiyəni Mosul əməliyyatına cəlb etmək istəyir

© indianexpress.comEşton Karter
Eşton Karter - Sputnik Azərbaycan
Abunə olmaq
Eşton Karter: "İraqın Mosul əyalətinin İŞİD-dən təmizlənməsində türk ordusunun da iştirakı vacibdir"

BAKI, 21 okt — Sputnik. "Türkiyə Mosul əməliyyatında mütləq iştirak etməlidir". Sputnik Cumhuriyyet-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter Türkiyə Böyük Millət Məclisini ziyarəti əsnasında deyib.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş - Sputnik Azərbaycan
"Mosul bizim mənəvi sərhədlərimiz daxilindədir"

Qəzetin xəbərinə görə, amerikalı nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla prezident iqamətgahında görüşüb. Onların görüşü yarım saat çəkib.

Karter, həmçinin baş nazir Binəli Yıldırım və müdafiə naziri Fikri Işıkla da görüşüb. Danışıqlar bağlı qapılar arxasında keçib. ABŞ müdafiə naziri deyib ki, İraqın Mosul əyalətinin İŞİD-dən təmizlənməsində türk ordusunun da iştirakı vacibdir.

Qeyd edək ki, Pentaqon rəhbəri Suriya və İraqdakı vəziyyəti müzakirə etmək məqsədi ilə bu gün səhər Türkiyəyə səfər edib.

Xəbər lenti
0