BAKI, 20 okt — Sputnik. Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir. Sputnik-in məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun yetirmələri Bakıda Yunanıstanın PAOK klubu ilə qarşılaşıblar. İlk hissədə hesab açılmayıb.
İkinci hissədə, 56-cı dəqiqədə Dani "Qarabağ"ı irəli çıxarıb — 1:0.
87-ci dəqiqədə Rahid Əmirquliyev ikinci topu yunanların qapısından keçirib — 2:0.