Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb

© Sputnik / İlham MustafaPiyada ölümü
Piyada ölümü - Sputnik Azərbaycan
Abunə olmaq
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədən şəxs tutularaq istintaqa cəlb olunub

BAKI, 20 okt — Sputnik. Abşeron rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub. Bu barədə Sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Yol polisi - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı yol qəzalarının 55 faizi piyadaların vurulması ilə bağlıdır

Belə ki, oktyabrın 14-ü saat 23 radələrində naməlum sürücü idarə etdiyi "Mercedes-Benz 190" markalı, 01BX071 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində hərəkətdə olarkən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq, yolu keçən piyada — 1965-ci il təvəllüdlü, Masazır qəsəbəsində müvəqqəti yaşayan Azad Allahverdiyevi vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətdən vəfat edib. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin 1977-ci il təvəllüdlü, Masazır qəsəbə sakini Elman Quliyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0