SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevdən növbədənkənar prezident seçkiləri açıqlaması

Abunə olmaq
Azərbaycan Prezidenti: "Hər hansı nəticələrə gəlmək və qərar vermək üçün hələ kifayət qədər vaxtımız var"

BAKI, 18 okt — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Konstitusiyaya dəyişikliklərdən sonra ölkədə yeni, növbədənkənar prezident seçkilərinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"

Sputnik Azərbaycan-a müsahibəsində "Prezident seçkilərinin vaxtı dəyişəcəkmi və siz seçkilərə gedəcəksizmi?" sualına İlham Əliyev belə cavab verib: "Bizim prezident seçkilərinin keçirilmə vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bu barədə Azərbaycanda və onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyini bilirəm. Belə bir planımız yoxdur, mən buna ehtiyac da görmürəm".

"Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəlincə, növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticələrə gəlmək və qərar vermək üçün hələ kifayət qədər vaxtımız var. Əgər o vaxt xalqın dəstəyini bu gün olduğu kimi hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam", — dövlət başçısı qeyd edib.

Xəbər lenti
0