Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Azərbaycan Prezidenti: "Ərazi bütövlüyümüz kompromis mövzusu ola bilməz. Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər"

BAKI, 18 okt — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür". Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib.

İlham Əliyev “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin suallarını cavablandırıb - Sputnik Azərbaycan
Prezident: "Terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil"

"Ağıllı kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəetməsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. İki xalqın sülh şəraitində birgə yaşayışı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi nəticəsində mümkündür. Biz münaqişənin həllini bu cür görürük" — deyə Əliyev "Rossiya seqodnya" BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Bununla yanaşı, Prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü kompromis mövzusu ola bilməz: "Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər. Əgər gələcəkdə biz razılığa gəlsək, bu özünüidarəetmə Muxtar Respublika formasında da ola bilər".

Müsahibənin tam mətni sputnik.az saytında yayımlanacaq.

Xəbər lenti
0