Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktyor Türkiyədə mükafata layiq görülüb

© SputnikAzərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə teatr mükafatının qalibi olub
Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə teatr mükafatının qalibi olub - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Adanada keçirilən təqdimat mərasimində həmyerlimizə "Tiyatro için Emek Ödülü" mükafatı təqdim olunub

BAKI, 18 okt — Sputnik. Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub. Sputnik xəbər verir ki, Adanada keçirilən təqdimat mərasimində həmyerlimizə "Tiyatro için Emek Ödülü" mükafatı təqdim olunub.

Tarık Akan - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Türkiyənin ən yaraşıqlı aktyoru vəfat edib

Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Canangir Novruzov bu mükafata Adana Teatrının inkişafındakı xidmətlərinə görə layiq görülüb. Mükafatın "Halk Jürisi"nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

© SputnikCahangir Novruzova verilmiş "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatı
Cahangir Novruzova verilmiş XVI Direklerarası Seyirci Ödülləri teatr mükafatı - Sputnik Azərbaycan
Cahangir Novruzova verilmiş "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatı

Xəbər lenti
0