Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türkiyənin ən yaraşıqlı aktyoru vəfat edib

© Photo : PUBLIC DOMAINTarık Akan
Tarık Akan - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeşilçam" filmlərinin məşhur siması Tarık Akan bu gün səhər 66 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib

BAKI, 16 sen — Sputnik. Türk kinosunun əfsanəvi aktyorlarından Tarık Akan vəfat edib. Sputnik Türkiyənin "Milliyet" qəzetinə istinadla xəbər verir ki, "Yeşilçam" filmlərinin məşhur siması Tarık Akan bu gün səhər 66 yaşında, müalicə aldığı İstanbul xəstəxanalarının birində ağciyər xərçəngindən dünyasını dəyişib. Tarık Akanın ölüm xəbərini onun rəhbərlik etdiyi Nazım Hikmət Mədəniyyət və Sənət Vəqfi verib.

Oqtay Zülfüqarov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın tanınmış bəstəkarı vəfat etdi

Ötən ay Bodruma köçdüyü barədə xəbərləri təkzib edən aktyor demişdi: "Özümü yaxşı hiss edirəm. Bodrumdakı evimə qapanıb qalmadım. İndi İstanbuldakı evimdəyəm. Ölməmişəm, həyatdayam. Pis bir şey yoxdur. Hər şey qaydasındadır. Aylardır xəstəliklə mübarizə aparıram. Hazırda səhhətim yaxşıdır".

13 dekabr 1949-cu ildə İstanbulda anadan olan Tarık Akan, 1970-ci ildə "Səs" jurnalının aktyorluq yarışına qatılaraq birinci olub. 1971-ci ildə "Əminə" adlı ilk filminə çəkilib və aktyorluq karyerası da bununla başlayıb. Qısa vaxtda "Yeşilçam"ın ən yaraşıqlı aktyorlarından biri hesab edilməyə başlayıb. 1972-ci ildə rol aldığı "Günahkar" filminə görə 1973-cü ildə "Qızıl portağal" Film Festivalında ən yaxşı kişi aktyor mükafatını qazanıb.

© Photo : Arzu Film studiyasıTarık Akan "Hababam sinifi" (1974) filmində Fərid rolunda
Tarık Akan Hababam sinifi (1974) filmində Fərid rolunda - Sputnik Azərbaycan
Tarık Akan "Hababam sinifi" (1974) filmində Fərid rolunda

1973-cü ildə "Yeşilçam"ın ən kədərli filmlərindən biri hesab olunan "Canım qardaşım" filmində Halit Akçatepe ilə birlikdə baş rolu ifa edib. 1974-cü ildə isə rejissor Ertem Əyilməzin Rıfat İlqazın eyni adlı əsəri əsasında çəkdiyi "Hababam Sınıfı" filmdə Damat Ferit adlı xarakteri canlandırıb. Bu film Türkiyənin gəlib-getmiş ən yaxşı filmlərindən biri hesab olunur və klassikaya çevrilir.

Akan boy-buxunu, yaraşığı, geyimləri və saç stili ilə 70-ci illərə öz damğasını vurur. 1982-ci ildə isə Şərif Görən və Yılmaz Güneyin çəkdiyi "Yol" filmi ilə çox böyük uğur əldə edir və adı, şöhrəti dünyaya yayılır. Bu film 1982-ci ildə Kann Film Festivalında "Qızıl Palma" mükafatını alan yeganə film olur və Akan ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasına namizəd göstərilir. Tarık Akan, "Qızıl Portağal" Film Festivalının mükafatını 7 dəfə alan yeganə aktyordur.

© Photo : PUBLIC DOMAINTürk kino aktyoru Tarık Akan
Türk kino aktyoru Tarık Akan  - Sputnik Azərbaycan
Türk kino aktyoru Tarık Akan

111 film və 4 serialda çəkilən aktyorun dünyadakı digər ən böyük nailiyyəti isə 1985-ci ildə Berlin Beynəlxalq Film Festivalında "Pansion" filminə görə "Gümüş Ayı" mükafatını qazanması olub.

Xəbər lenti
0