BAKI, 17 okt — Sputnik. Türkiyəli FİFA hakimi Cüneyt Çakır, UEFA Çempionlar Liqasının E qrupunda Almaniyanın "Bayer Leverkusen" ilə İngiltərənin "Tottenham Hotspur" komandaları arasında oynanacaq matçın hakimi tǝyin edilib. Sputnik bu barədə Fanatik-ə istinadən xəbər verir.
Türkiyə Futbol Federasiyasının mǝlumatına görǝ, 18 Oktyabr 2016-cı ildə Bakı vaxtı ilə saat 22.45-dǝ Almaniyanın Leverkusen şəhərindəki Bay Arenada başlayacaq qarşılaşmanın hakim kömǝkçilǝri isǝ Bahattin Duran ilə Tarık Ongun olacaq.