Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qitələrarası Kubok"dan 1 gümüş medal qazana bildik

© Photo : awf-az.orgGüləşçilərimiz Qitələrarası Kubok turnirindən 1 gümüş medalla qayıdıb
Güləşçilərimiz Qitələrarası Kubok turnirindən 1 gümüş medalla qayıdıb - Sputnik Azərbaycan
Abunə olmaq
65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub

BAKI, 17 okt — Sputnik. Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci "Qitələrarası Kubok" beynəlxalq turniri keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, güləşçilərimiz turniri 1 gümüş medalla başa vurub.

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib.

65 kq-da mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.

Qeyd edək ki, görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edib.

Xəbər lenti
0