CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağış ara verməyəcək

Abunə olmaq
Oktyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 17 okt — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda yağış - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda hərəkət iflic oldu

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Xəbər lenti
0