Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol üzrə növbəti dünya çempionatı Avrasiyada olmayacaq

Abunə olmaq
Avropa ölkələri dünya birinciliyinin keçirilməsinə yalnız o vaxt iddia edə bilərlər ki, digər qitələrdən olan namizədlər texniki və makiyyə tələblərə cavab verməsinlər.

BAKI, 15 okt — Sputnik. Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Sürixdə keçirilən toplantısında 2026-cı ilin dünya çempionatının keçirilməsi üçün ərizələrin qəbulu prinsipi təsdiqlənib.

Təşkilatın rəsmi saytındakı məlumata görə, ərizələr 2018 və 2022-ci il mundiallarına ev sahibliyi etmiş ölkələrdən — Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Asiya Futbol Konfederasiyası (AFK) üzvlərindən qəbul edilməyəcək.

Avropa ölkələri dünya birinciliyinin keçirilməsinə yalnız o vaxt iddia edə bilərlər ki, digər qitələrdən olan namizədlər texniki və makiyyə tələblərə cavab verməsinlər.

Bununla yanaşı, çempionatın bir neçə ölkə tərəfindən birgə keçirilməsi üçün heç bir məhdudiyyət yoxdur.

2026-cı ilin dünya çempionatına ev sahibliyi üçün əsas namizəd ABŞ hesab edilir.

Xəbər lenti
0