Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir

© Photo : health.comÇuğundur şirəsi
Çuğundur şirəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Avstriyalı həkim ucuz başa gələn tərəvəz içkisi ilə 45 min nəfər sağalmaz xəstəliklərdən əziyyət çəkən insanı sağaldıb

BAKI, 4 okt — Sputnik. Avstriyadan olan həkim Rudolf Broys faktiki olaraq bütün həyatını xərçəngi müalicə edən ən yaxşı təbii vasitənin tapılmasına həsr edib. O, xərçənglə mübarizədə müstəsna nəticə əldə etməyə imkan verən bu unikal şirənin reseptini tapıb.

Xərçəng - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xərçəng şişini məhv edən nanorobot yaradılıb

Sputnik xarici KİV-ə istinadən xəbər verir ki, Broys bu kəşfi ilə 45 mindən artıq insanı xərçəng və digər sağalmaz xəstəliklərdən xilas edib. Broys bildirib ki, xərçəngi yalnız proteinlər müalicə edə bilər.

O, 42 günə bölünən unikal qidalanma sistemini işləyib hazırlayıb. Broys təklif edib ki, sadəcə çay və əsasını çuğundurun təşkil etdiyi tərəvəz şirəsi ilə qidalanmaq lazımdır. 42 gün ərzində xərçəng hüceyrələri ac qalır və məhv olur. Həmin müddətdə isə xərçəng xəstələrinin vəziyyəti yaxşılaşır.

Sözügedən unikal meyvə şirəsini hazırlamaq üçün isə yalnız orqanik tərəvəzlər lazımdır. Həmin tərəvəzlər bunlardır: çuğundur (55%), kök (20%), kərəviz kökü (20%), kartof (3%), turp (2%).

Bütün bu komponentləri blenderdə qarışdırmaq lazımdır. Və müalicə prosesi bununla başlayır!

Çuğundur zəngin antioksidant mənbəyidir. O, həmçinin С, В1, В2, В6 vitaminləri, fol və pantoten turşuları, kalium, fosfor, maqnium, kalsium, natrium, dəmir və sink kimi minerallarla zəngindir. O, sağlamlıq üçün ən faydalı tərəvəz sayılır.

Alma - Sputnik Azərbaycan
Bu meyvəni yeyən insanlar heç vaxt xərçəngə tutulmurlar

Çuğundura qırmızı rəngi verən betasianin adlanan bənövşəyi piqmentlərdir. Bir çox elmi araşdırmalar sübut edib ki, çuğundur leykoz və xərçəngin müalicəsi üçün son dərəcə faydalıdır.

Əvvəla, çuğundur betainlə zəngindir, amin turşuları isə xərçəng əleyhinə effektiv vasitə hesab olunur. Eyni zamanda o, güclü soyuqlama əleyhinə vasitədir və antioksidantdır.

Çuğundurdan xərçəngin müxtəlif növlərinin müalicəsində istifadə olunur. O, hamilə qadınlar üçün də çox faydalı hesab edilir, çünki tərkibində yüksək səviyyədə fol turşusu var. Bu, qara ciyərin və öd kisəsinin funksiyasını yaxşılaşdırır, qəbizliyin qarşısını almağa kömək edir.

Çuğundur, həmçinin baş və diş ağrılarından, dizenteriyadan, sümük və dəri problemlərindən, menstural ağrılardan xilas olmağa kömək edir. Çuğundur həqiqətən çox universal bitkidir və həkimlər hesab edirlər ki, o, istənilən pəhrizin ayrılmaz hissəsi olmalıdır.

Xəbər lenti
0