Ədəbiyyat üzrə Nobel mükafatı musiqiçiyə verildi

© AP Photo / Chris PizzelloABŞ-ın məşhur aktyor, ifaçı və bəstəkarı Bob Dilan
ABŞ-ın məşhur aktyor, ifaçı və bəstəkarı Bob Dilan - Sputnik Azərbaycan
Abunə olmaq
Akademiklər bu mükafatı Bob Dilana vermək məsələsində yekdil olublar

BAKI, 13 okt — Sputnik. 2016-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı ABŞ-ın məşhur aktyor, ifaçı və bəstəkarı Bob Dilana verilib. O, "Amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə" bu ali mükafata layiq görülüb.

Президент Колумбии Хуан Мануэль Сантос - Sputnik Azərbaycan
Nobel sülh mükafatı görün kimə verildi

Bu məlumatı həftənin 4-cü günü Stokholmda mükafatların verilməsinə məsul olan İsveç Akademiyası açıqlayıb. İsveç Akademiyasının daimi katibi Sara Danius bu seçimi şərh edərkən deyib ki, akademiklər bu mükafatı Dilana vermək məsələsində yekdil olublar.

"O, ifa üçün nəzərdə tutulmuş şeirlər yazır. Bu yaradıcılıqda Dilan poeziyada tez-tez müraciət edilən qədim yunan ənənələrinin köklərinə gedib çıxır. Dilanın yaradıcılığı dərin ənənələri əks etdirir, onlar musiqi ilə yüksək bədii səviyyədə birləşirlər", — deyə Danius İsveçin SVT telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, 75 yaşlı Rok musiqiçisi Bob Dilan 50-dən artıq albomun müəllifi, 10 "Qremmi" mükafatının sahibidir. 1960-cı illərdə musiqiçi kimi parlamağa başlayan Dilan şeirlərində sosial-siyasi məzmunu ilə seçilib. O, "Qızıl Qlobus" və "Oskar" mükafatlarına layiq görülüb.

1988-ci ildə Rok-n-rollun şərəfinə zala daxil olub. Pop musiqi və Amerika mədəniyyətindəki aparıcı roluna görə, 2008-ci ildə müğənni Pulitserov mükafatına layiq görülüb.

1994-cü ildən başlayaraq rəssamlıq və qrafika üzrə altı kitab nəşr etdirib. Bob Dilanın albomlarının ümumi satış tirajı 100 milyon nüsxədən çoxdur. 2012-ci ildə ABŞ prezidenti Barak Obama ona "Azadlıq" medalını təqdim edib.

Ədəbiyyat üzrə mükafat XIX əsrin sonlarında İsveç sənayeçisi və ixtiraçısı Alfred Nobel tərəfindən vəsiyyət edilmiş beş mükafatdan biridir. 2016-cı ildə hər bir Nobel mükafatının məbləği 8 milyon İsveç kronu (932 min dollar) təşkil edir.

Xəbər lenti
0