BAKI, 7 okt – Sputnik. Nobel Sülh mükafatı bu il Kolumbiyanın prezidenti Xuan Manuel Santosa verilib.
Sputnik xəbər verir ki, o, Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ordusu ilə 52 illik müharibəyə son qoyduğu üçün bu mükafata layiq görülüb.
Təltifolunma mərasimi bu il dekabrın 10-da İsveçdə keçiriləcək.