BAKI, 12 okt — Sputnik. Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı toplantı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Sputnik-ə verdiyi xəbərə görə, toplantıda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov federasiyanın rəhbəri seçilib.
Qeyd edək ki, iclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər. Onu da xatırladaq ki, federasiyanın bundan əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov idi.