"Türkiyəyə güvənən peşman olmayacaq"

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: "Türkiyənin Suriya və İraqdakı mübarizəsi həyati bir zərurətdir. Dünyanın enerji qaynaqlarının təhlükəsizliyi də bu bölgələrin terror təşkilatlarından təmizlənməsinə bağlıdır"

BAKI, 10 okt — Sputnik. İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin enerjidə böyük ölçüdə xaricdən asılı bir ölkə olduğunu söyləyib. Sputnik Anadolu Agentliyinə istinadla xəbər verir ki, Ərdoğan deyib: "Bununla yanaşı, Türkiyə iqtisadiyyatı son 14 ildə böyüyüb. Bu vəziyyət, enerji tələbimizin ildə 6 faiz ilə 8 faiz arasında artım göstərməsinə gətirib çıxarıb. Biz bu tələbi qarşılamaqla yanaşı, enerji təhlükəsizliyimizi təmin etməyə çalışırıq".

Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar Fırat Kalkanı adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyəyə qarşı ABŞ-İran gizli planı?

Türkiyədə enerjinin hər sahəsində ciddi bir investisiya potensialı olduğuna diqqəti çəkən Ərdoğan bütün enerji şirkətlərini ölkəsinə investisiya yatırmağa dəvət edib: "Türkiyəyə güvənən, ölkəmizə investisiya qoyan əsla peşman olmayıb, bundan sonra da peşman olmayacaq".

Türkiyənin, bütün terror təşkilatları ilə mübarizə aparacaq imkana və dayanıqlılığa sahib olduğunu bildirən Ərdoğan əlavə edib: "Ölkəmizin birliyini, bütövlüyünü, dincliyini hədəf alan bu terror hücumlarının uğur qazanma imkanı əsla yoxdur və olmayacaq. Bu hücumlar, təhlükəsizlik qüvvələrimizin uğurlu əməliyyatları nəticəsində, fəaliyyət sahələri hər keçən gün daralan terror təşkilatının son səsini eşitdirmək səyləridir".

"Terrorun qlobal bir problemdir. Madam ki, terror qlobal bir problemdir, elə isə ölkəmizin bu mübarizəsinə digər dövlətlərdən dəstək gözləmək də haqqımızdır. Bunun üçün öz torpaqlarımızda necə sıx və müvəffəqiyyətli bir mübarizə aparırıqsa, ölkəmizə istiqamətli terror təhdidlərinin qaynağı olan Suriya və İraqda da eyni haqqa sahib olduğumuza inanıram. Türkiyənin Suriya və İraqdakı mübarizəsi fövqəladə bir seçim deyil, həyati bir zərurətdir. Dünyanın enerji qaynaqlarının təhlükəsizliyi də bu bölgələrin terror təşkilatlarından təmizlənməsinə bağlıdır".

Xəbər lenti
0