CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizə gələn xarici turistlərin sayı 11 faiz artıb

© Sputnik / Fuad HasanovBakının mərkəzində ərəb tursitlər
Bakının mərkəzində ərəb tursitlər - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb, bununla da keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər çox olub

BAKI, 7 okt — Sputnik. Son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ etdirilməsi məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması ölkəmizə gələn xarici turistlərin sayının artmasına təsir göstərib. Bununla bağlı Sputnik-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qaxın İlisu kəndində turistlər üçün heç bir infrastruktur yoxdur - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu yolla turist gələr?

Aparılan təhlillər zamanı məlum olub ki, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb, bununla da keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10.9%) çox olub. Cari ilin 9 ayı ərzində təkcə BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7.6%), Qazaxıstan (17.2%), İran (62.9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.

Bununla yanaşı, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib. Belə ki, 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olub, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.5% artıb.

Xəbər lenti
0