Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Körpələrə yedirdiyiniz qidaların tərkibindən xəbəriniz var?

© Photo : kakprosto.ruYemək yeyən körpə
Yemək yeyən körpə - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər xəbərdarlıq edirlər: "Əgər ananın südü varsa, süni qida qarışığı məsləhət görmək qəti qadağan edilməlidir"

BAKI, 7 okt — Sputnik. "Hamı bilir ki, bəzi həkimlərin qida firmaları ilə işbirliyi var, amma bu, sistemli şəkildə deyil. Tutaq ki, əgər 100 pediatrdan 10-u bu işlə məşğuldursa, bu, o demək deyil ki, bütün həkimlər bu işlə məşğuldur".

Səhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
Uşaq qidaları ilə bağlı "həyacan siqnalı"

Bunu pediatr Vaqif Qarayev Sputnik-ə açıqlamasında deyib. "Həkimin burada mənəvi məsuliyyəti var ki, ananın südü varsa, qətiyyən bunu süni qida qarışığı ilə əvəz etmək olmaz. Digər bir məqam da odur ki, bəzi anaların özləri uşağına süd vermək istəmirlər. Bu da yolverilməzdir. Həkim məsuliyyət daşıyırsa, ana ondan da çox məsuliyyət daşıyır", — o bildirib.

Bununla belə, həkimin sözlərinə görə, əgər ananın südü yoxdursa, uşaq qidasız qalmamalıdır: "Biz mütləq bir qida seçməliyik. Süni qida məhsullarının tərkibi demək olar ki, eynidir. Hansı süni qida qarışığını uşaq qəbul edirsə, mədə-bağırsağında problem yaratmırsa, çəkisini artırırsa, əlavə bir problem meydana çıxmırsa, deməli o süni qida qarışığı uşaq uçun uyğundur. Amma bəzi süni qarışıqların anti-allergik forması var. Əgər uşaqda allergiya varsa, bunları məsləhət görmək olar. Və yaxud da uşaqda köp varsa, bunların köp əleyhinə olan formaları da var. Bunları məsləhət görmək olar".

© © Vaqif Qarayevin şəxsi arxivindənVaqif Qarayev
Vaqif Qarayev - Sputnik Azərbaycan
Vaqif Qarayev

V. Qarayev hər uşağa fərdi yanaşmaq lazım olduğunu qeyd edib: "Bir süni qida qarışığı hər hansı bir uşağa düşürsə, bu, o demək deyil ki, həmin qarışığı o biri uşağa da versələr, yaxşı olacaq. Bütün hallarda uşağı qidasız qoymaq olmaz. Düşünürəm ki, əgər ananın südü varsa, süni qida qarışığı məsləhət görmək qəti qadağan edilməlidir".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi bir çox ölkədən, o cümlədən Avropa ölkələrindən geri qalır: "Mövcud qanunlara görə, pediatrların distribyutorlar ilə əməkdaşlığı qadağan olunur. İstehlakçılar bizə məlumat verirlər ki, doğum evindən çıxandan sonra doğum evindən analara zənglər gəlir və körpə qidaları təklif olunur".

Onların tərkibinə gəlincə, ekspert bildirib ki, Azərbaycanda bunların tərkibini ekspertiza edən normal laboratoriyalar yoxdur: "Yalnız Səhiyyə Nazirliyi onun təhlükəsizliyini müəyyən edir və gigiyenik sertifikat verir. Lakin onun bütün komponentlərini araşdıran, onun tərkibində genetik modifikasiya olunmuş komponentlərin olub-olmadığını araşdıran heç bir laboratoriya yoxdur. Bu, araşdırılmır".

Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev körpələrin süni qida məhsulları ilə qidalanmasına dair diqqətçəkən açıqlama verib. "Bəzi həkimlər süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir", — o bildirib.

Baş pediatrın sözlərinə görə, ana südünün əvəzləyicisinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib: "Təbii ki, canlı orqanizmdə yaranan bir şeyi canlıdan başqa heç kim yarada bilməz. Ana südünün əmələ gəlməsi üçün bir neçə mərhələ lazımdır, bunun üçün isə canlı orqanizm olmalıdır".

© Sputnik / Murad OrujovEyyub Hüseynov
Eyyub Hüseynov - Sputnik Azərbaycan
Eyyub Hüseynov

"Ancaq ana südünün əvəzləyicisinin yaradılması çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı. Ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər", — N. Quliyev vurğulayıb.

O, qeyd edib ki, hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə edir: "Həmin şirkətlərin əməkdaşları qapı-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Səhiyyə Nazirliyi belə hallara qarşı çox ciddi mübarizə aparır".

Xəbər lenti
0