BAKI, 6 okt — Sputnik. Finlandiyanın Seynyajoki şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə növbəti dünya çempionatı keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dairəvi sistem üzrə keçirilən yarışlarda ən çox qələbə qazanan idmançı qalib elan olunub.
Yarışda 44 ölkədən 250 güləşçi 7 dəst mükafat uğrunda mübarizə aparıb. Ölkəmizi Əlisahib Əliabbasov (76 kq), Məmməd Əliyev (85 kq) və Rövşən İsmayılxanlı (130 kq) təmsil edib. 130 kq-da mübarizə aparan Rövşən İsmayılxanlı yer aldığı D qrupunda gümüş medal qazanıb.
Qeyd edək ki, Rövşən İsmayılxanlı bundan əvvəlki çempionatlarda iki dəfə bürünc medal qazanmışdı.