İraq-Türkiyə gərginliyi pik həddə çatır

© Photo : milliyet.com.trBaşika düşərgəsi
Başika düşərgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Bağdad türk ordusunun ölkəni tərk etməsi tələbi ilə BMT Təhlükəsizlik Şurasını təcili toplanmağa çağırıb

BAKI, 6 okt — Sputnik. İraq hökuməti ilə Türkiyə arasındakı gərginlik pik həddə çatıb. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi Türkiyə ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar Fırat Kalkanı adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyəyə qarşı ABŞ-İran gizli planı?

Rəsmi Bağdad ölkənin şimalındakı Başika düşərgəsində Türkiyə hərbçilərinin mövcudluğunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və Ankaranı İraqın daxili işlərinə qarışmaqda günahlandırıb. İraq BMT Təhlükəsizlik Şurasında Türkiyənin Mosul yaxınlığındakı Başika düşərgəsindəki hərbi qüvvəsinin mövcudluğu və iki gün əvvəl Türkiyə parlamentinin ölkə sərhədlərindən kənarda hərbi əməliyyatların aparılması ilə bağlı qərarının müzakirə olunmasını istəyib.

Bir gün öncə isə İraq parlamenti Başika düşərgəsindəki Türkiyə hərbi qüvvələrini işğalçı kimi dəyərləndirən qərar qəbul edib. Parlament, hökuməti türk ordusunun İraqdan çıxarılması üçün təcili BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırıb.

Gözlənilən addım isə bu gün gerçəkləşib. İraq rəsmən BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb. Rəsmi Bağdad, türk əsgərlərin ölkədən çıxmasını tələb edir.

İraqın bu addımına Türkiyənin cavabı gecikməyib. Baş nazir Binəli Yıldırım türk əsgərlərinin heç yerə tərpənməyəcəyini, Başika düşərgəsində qalacağını söyləyib. Nazir öz fikrini bu cümlələrlə tamamlayıb: "İraqda 63 dövlətin hərbçiləri təmsil olunur və onlar terrorla mübarizə aparırlar. Həmçinin də türk ordusu. Təəssüflər olsun ki, İraq və Suriyada davam edən qarşıdurma ucbatından, Türkiyə terrordan əziyyət çəkir. Açıq şəkildə bir daha bəyan edirəm, İraqda vəziyyət stabilləşməyənədək türk ordusu bu ölkədə qalmağa davam edəcək".

Xəbər lenti
0