CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı sürüşmə zonaları yenidən fəallaşıb

© Photo : APAZığ massivində torpaq sürüşməsi
Zığ massivində torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Elbrus Əlizadə: "Zığ sürüşmə massivində xeyli fəallaşma var. Günəşli, Masazırda, Badamdar yamacında da artıq nəzərəçarpan fəallaşma müşahidə edilir"

BAKI, 5 okt — Sputnik. Respublika ərazisinə uzun müddət yağan bol yağıntılar, hətta bəzən leysan xarakterli olan yağışlar sürüşmə sahələrinin fəallığının kəskin artmasına səbəb olub. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Torpaq sürüşməsi - Sputnik Azərbaycan
HADİSƏ
Bakı-Şamaxı yolunda təhlükəli sürüşmə

Onun sözlərinə görə, fəallaşma özünü xüsusilə klassik sürüşmə rayonlarında daha çox göstərib. E.Əlizadə qeyd edib ki, həmin yerlər Şamaxı, Ağsu, İsmayıllı rayonları, o cümlədən Qobustan-Şamaxı, Şamaxı-Ağsu, Muğanlı-İsmayıllı yolları, Ağsu çay dərəsində olan sürüşmə sahələri, Qusar, Quba rayonlarında, xüsusilə Quba rayonunun Vəlvələçay dərəsi və ona yaxın ərazilər, Quba-Xınalıq yolu yaxınlığındakı ərazilərdir: "Sürüşmə sahələrindəki fəallaşma həmçinin Lənkəran, Lerik, qismən də Yardımlı rayonlarında müşahidə edilir. Lənkəran-Lerik yolunun ayrı-ayrı hissələrində olan sürüşmə sahələrində də xeyli fəallaşma müşahidə olunur. Sürüşmə sahələri Gədəbəy-Daşkəsən rayonlarının ərazisində də fəallaşıb".

E.Əlizadə deyib ki, Bakı şəhəri ərazisində sürüşmə sahələrində gözlənilən fəallıq müşahidə olunub: "Xüsusilə Zığ sürüşmə massivində xeyli fəallaşma var. Günəşli, Masazırda, Badamdar yamacında da artıq nəzərəçarpan fəallaşma müşahidə edilir".

Xəbər lenti
0