Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Şamaxı yolunda təhlükəli sürüşmə

© AZƏRTACTorpaq sürüşməsi
Torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi: "Son günlər yağan yağışların nəticəsində növbəti dəfə sürüşmə baş verib"

BAKI, 9 iyun — Sputnik. Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində sürüşmə prosesi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, sürüşmə prosesi hazırda davam edir.

O qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə baş verən ərazi qədim sürüşmə sahəsidir: "Zaman-zaman həmin sahədə sürüşmə prosesi baş verir. Həmin ərazi sürüşməyə meylli ərazidir".

"Son günlər yağan yağışların nəticəsində növbəti dəfə sürüşmə baş verib. Gələcəkdə də yağışlar yağdıqca və yaxud ərazidə texnika işlədikcə sürüşmə baş verəcək", — Ə. Qaralov vurğulayıb.

O, əlavə edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib.

Xəbər lenti
0