Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank dollarla bağlı yeni qərar qəbul edib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Neft Fondunun da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6035 AZN məzənnəsi ilə yekunlaşıb.

BAKI, 5 okt — Sputnik. Məlum olduğu kimi, mövcud məzənnə rejiminə uyğun olaraq, Mərkəzi Bank tərəfindən cari ilin ötən dövründə Blumberq ticarət sistemində mütəmadi olaraq birtərəfli valyuta satışı üzrə hərraclar təşkil edilib. Bu hərraclar vasitəsilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bankın valyuta satışları həyata keçirilib. Keçirilmiş hərraclar ötən dövrdə valyuta bazarının tənzimlənməsində və məzənnə siyasətinin reallaşdırılmasında mühüm rol oynayıb.

Dollar və manat - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dövlət Neft Fondu hərracda 49 milyon dollar satıb

Mərkəzi Bankın mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün Mərkəzi Bank yeni hərrac mexanizminin tətbiqi barədə qərar qəbul edib. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Blumberq ticarət sisteminin yeni platformasında təşkil olunan bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra hərrac gedişatında ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır.

Növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunacaq və hər iş gününün sonuna ictimaiyyətə açıqlanacaqdır. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.

5 oktyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6035 AZN məzənnəsi ilə yekunlaşıb.

Xəbər lenti
0