BAKI, 17 may — Sputnik. Bu gün Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan Sputnik-ə verilən məlumata görə, bu vəsaitdən 34 milyon ABŞ dolları məbləğində vəsait 8 banka və 15 milyon ABŞ dolları məbləğində vəsait isə Mərkəzi Banka satılıb.
İl ərzində Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.