BAKI, 1 sen — Sputnik. Almanın daha bir sirri açılıb. Sputnik-in informing-ə istinadən xəbərinə görə, Böyük Britaniyadan olan alimlər bəyan ediblər ki, almadan ardıcıl olaraq istifadə edən insanın ömrü 17 il uzanır.
Mütəxəssislərin sözlərinə görə, almanın tərkibində epikatexin polifenol var. Bu maddə nəinki immuniteti gücləndirir, həm də qan dövranını yaxşılaşdırır. Alma sevənlərin ürəyi bütün yaşlarda gənclik dövründə olduğu kimi fəal qalır.
Alma insanın digər orqanlarının da fəaliyyətini yaxşılaşdırır. Bu əvəzsiz meyvə arterial təzyiqi aşağı salır və xolesterinin səviyyəsini azaldır. O, həmçinin onkoloji xəstəliklərin inkişafının qarşısını alır.
Amma bunu bilmək vacibdir ki, yabanı alma konsentratındakı faydalı maddələr mağazalarda satılan mədəni alma sortlarındakından dəfələrlə çoxdur. Rusiya alimlərinin apardıqları tədqiqatlar zamanı ortaya belə bir reallıq çıxıb: mövsümi olaraq meşələrdə bitən yabanı almanı yeyən insanlarda indiyə qədər xərçəng xəstəliyinə təsadüf edilməyib.
Mağazalardan alınan almadan mümkün qədər az istifadə etməyi məsləhət görən alimlər, mümkün qədər təzə meyvələrə üstünlük verməyi tövsiyə edirlər.