BAKI, 4 okt — Sputnik. Bolqarıstanın Burqas şəhərində 7-9 oktyabrda karatenin Şotakan növü üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan komandası da yarışda iştirak edəcək. Bu xəbəri Sputnik-ə komandanın veteran idmançısı Həsən Quliyev verib.
Dediyinə görə, özü yarışda həm iştirak edəcək, həm də hakimlik edəcək: "5 oktyabrda Bolqarıstanın Bursa şəhərinə yola düşürük. Yarışlar 7-9 oktyabrda keçiriləcək. Mən də veteranlar arasında dünya çempionatına qatılacam. Eyni zamanda, Azərbaycanı hakim kimi də çempionatda təmsil edəcəm. İnanıram ki, komandamız uğurlu nəticə göstərərək vətənə geri dönəcək".