Türkiyəli məşhur jurnalist İranı "topa tutdu"

© Photo : PUBLIC DOMAINHakan Albayrak
Hakan Albayrak - Sputnik Azərbaycan
Abunə olmaq
Hakan Albayrak: "Yüz minlərlə günahsız suriyalının cəsədinə tüpürüb, ardınca "Ya Hüseyn, ya Hüseyn" deyə bağırıb ağlayırlar"

BAKI, 3 okt — Sputnik. Türkiyəli məşhur jurnalist-yazar Hakan Albayrak bu günkü köşə yazısında Hələb şəhərinin bombalanmasında Bəşər Əsədə yardım edən İran İslam Respublikasını sərt tənqid edərək, ali dini lider Xamaneyi və tərəfdarları barəsində ağır ifadələr işlədib. Sputnik bu barədə Timeturk-ə istinadən məlumat verir.

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan Türkiyənin Suriyaya dair planlarını açıqladı

Suriyanın Hələb şəhərində hər gün yüzlərlə günahsız insanın — qadın, uşaq, yaşlı demədən öldürülməsində İranın birbaşa iştirak etdiyini yazan Hakan Albayrak, bu ölkəni İslam Respublikası adlandıranları düşünməyə dəvət edib: "İran İslam Respublikası dünyanın ən böyük riyakarlığının adına çevrilib. Utanmadan "Kərbəla-Kərbəla" deyib göz yaşlarını axıdırlar. Yüz minlərlə günahsız Suriyalının cəsədinə tüpürüb, ardınca "Ya Hüseyn, ya Hüseyn" deyə bağırıb ağlayırlar. O riyakarlar əmin olsunlar ki, Həzrəti Hüseyn bombalar altında əzilən hələblilərin imamıdır, Xamaneyi və onun kimilərinin yox".

Hakan Albayrak məqaləsində daha sonra yazıb: "Səfəvi ləqəbli iranlı general utanmadan bildirir ki, Hələbin bombalanma koordinatlarını Bəşər Əsəd əsgərlərinə özü verib. Və bunu iftixarla etiraf edir. Təsəvvür edin, bu psixopat bombalanan məktəbin dağıntılarının altından çıxarılan uşaq cəsədlərinə baxarkən, "bu vəhşilikdə bizim də payımız var" deyərək lovğalanır. Bu şərəfsizlər Əli şiəsidirmi? İmam Hüseyn ardıcıllarıdırmı? Haşa".

"Onlar heç Yezidin etmədiyini edirlər bu gün. Bu vəhşilərin axıtdığı günahsız qanın yanında, zalım Yezidin axıtdığı qanı dəryada damla olar ancaq", — jurnalist yazıb.

Xəbər lenti
0