BAKI, 3 okt — Sputnik. "Suriyanın şimalında əsas hədəfimiz tәhlükәsiz, uçuşa qadağan zonanın yaradılması və xalqın geri qayıda bilmәsi üçün 5 min kvadrat metrlik әrazinin terrordan təmizlənməsidir".
Sputnik Trt-yə istinadən xəbər verir ki, bunu Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin "Rotana" telekanalına müsahibəsi zamanı deyib. Ərdoğan müsahibəsində bölgədəki son proseslәri dəyərləndirib.
Suriyalı müxaliflərlə әmәkdaşlıq edәrәk hәrәkәt edildiyini deyən prezident, "Fәrat Qalxanı" әmәliyyatı nəticəsində İŞİD-dən təmizlənən Cәrablus qəsəbəsinə 40 minə yaxın insanın geri qayıtdığını bildirib: "Mosul mosulluların, Tәlafәr dә tәlafәrlilәrindir. Mosul İŞİD terrorundan azad edildikdәn sonra burda ancaq sünni әrәblәr, türkmәnlәr vә kürdlәr qalmalıdır".
Türkiyənin dövlət başçısı Bəşər Əsəd barədə verilən suala isə belə cavab verib: "Suriyada 600 min vətəndaşını öldürən Bəşər Əsəd o qoltuqda əyləşə bilməz, bu necə mümkün ola bilər axı?".