Ermənistanda yeni müdafiə naziri və Baş Qərargah rəisi təyin olundu

© SputnikSerj Sarkisyan. Arxiv şəkli
Serj Sarkisyan. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Seyran Ohanyanı nazir vəzifəsində Viqen Sarkisyan əvəz edəcək. O, prezident administrasiyasının keçmiş rəhbəri olub.

BAKI, 3 okt — Sputnik. Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə yeni müdafiə naziri təyin olunub. Sputnik Ermənistan xəbər verir ki, Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək. O, prezident administrasiyasının keçmiş rəhbəri olub.

Serj Sarkisyan - Sputnik Azərbaycan
Ermənistan hökumətində ciddi kadr dəyişiklikləri

V. Sarkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.

Məlumatda həmçinin bildirilir ki, XİN başçısı Edvard Nalbandyan öz vəzifəsində qalıb. O, 2008-ci ildən bu yana xarici işlər naziri postunu tutur.

Prezident Sarkisyanın digər sərəncamı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub. Bu posta, 2016-cı ilin mayından müdafiə nazirinin müavini vəzifəsini daşıyan, Maddi-Texniki Təchizat Departamentinin rəisi Movses Akopyan təyin edilib.

Serj Sarkisyanın daha bir sərəncamı ilə Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Xatırladaq ki, Milli Təhlükəsizlik Şurasının sabiq katibi Armen Gevorkyan cari ilin iyun ayında Prezident Aparatının rəhbəri təyin olunmuşdu. Ermənistan hökumətində yeni kadr dəyişiklikləri fonunda, 2016-cı ilin sentyabrın 13-də Kalen Karapetyan baş nazir təyin edilib.

Xəbər lenti
0