BAKI, 20 sen — Sputnik. Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən Vardan Aramyan yeni maliyyə naziri təyin edilib. Sputnik Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sarkisyanın fərmanı ilə Vaan Martirosyan da nəqliyyat və rabitə naziri təyin edilib.
"Kənd Təsərrüfatı Nazirliyinə İqnati Arakelyan, Energetika və Təbii Resurslar Nazirliyinə isə Aşot Manukyan rəhbərlik edəcək" — deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Sarkisyanın fərmanı ilə Vace Qabrielyan baş nazirin birinci müavini, David Arutyunyan isə Nazirlər Kabineti aparatının rəhbəri olaraq qalıb.
Qeyd edək ki, prezident Serj Sarkisyan sentyabrın 13-də Karen Karapetyanın baş nazir təyin olunması haqqında fərman imzalayıb.
Ermənistanın sabiq baş naziri Ovik Abramyan hökumətin 8 sentyabrda keçirilən islasında istefa vermişdi. Onun ardınca Nazirlər Kabineti buraxılmış və bir neçə nazir istefaya göndərilmişdi.