Türkiyə ordusu daha 13 ay İraq və Suriyada qalacaq

© REUTERS / Revolutionary Forces of Syria Media Office/HandoutТанки ВС Турции продвигаются в направлении города Джераблус вблизи турецко-сирийской границы. 24 августа 2016 года
Танки ВС Турции продвигаются в направлении города Джераблус вблизи турецко-сирийской границы. 24 августа 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə parlamenti İraq və Suriyada Silahlı Qüvvələrdən istifadəyə dair mandatın müddətini uzadıb.

BAKI, 1 okt-Sputnik. Türkiyə parlamenti İraq və Suriyada Silahlı Qüvvələrdən istifadəyə dair mandatın müddətini daha 13 ay uzadıb. 

Sputnik APA-ya istinadla xəbər verir ki, icazənin uzadılması məsələsinə bu gün parlamentin payız sessiyasının birinci iclasında baxılıb.

Qeyd edək ki, Türkiyə parlamenti 2014-cü ilin oktyabrında ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə bir illik icazə verib. Ötən ilin oktyabrında mandatın müddəti daha bir il uzadılmışdı.

Xəbər lenti
0