BAKI, 29 sen — Sputnik. “Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakıda Almaniyanın “Mayns” klubunu qəbul ediblər.
İlk turda səfərdə “Anderlext”ə məğlub olan “Qəbələ” bu dəfə də çətin sınaqla üzləşib.
"Mayns"la oyunda hesabı 42-ci dəqiqədə Muto vurub. 57-ci dəqiqədə Ruslan Qurbanov penaltidən hesabı bərabərləşdirib. 5 dəqiqə sonra Zenyov "Qəbələ"ni irəli çıxarıb. Lakin ev sahibləri qələbə hesabını qoruya bilməyiblər.
68-ci dəqiqədə Kordoba hesabı bərabərləşdirib. 10 dəqiqə sonra isə Levin Öztunalı "Mayns"ı irəli çıxarıb — 3:2.