BAKI, 29 sen — Sputnik. Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Ağdamın "Qarabağ" klubu səfərdə "Fiorentina"nın (İtaliya) qonağı olub.
Elvin Yunuszade 30-cu dəqiqədə qırmızı vərəqə görərək, meydandan qovulub.
Birinci hissədə Babakar "Qarabağ"ın qapısına iki top vurub. Kaliniçin daha bir qolu ilə ilk hissə rəqibin 3:0-lıq qələbəsi ilə bitib.
İkinci hissədə Sarate tərəfindən vurulan daha 2 topa "Qarabağ"dan Nslovu bir qol ilə qarşılıq verib və görüş Ağdam klubunun 5:1 hesablı məğlubiyyəti ilə başa çatıb.