Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məqsəd neftin qiymətini qaldırmaq deyil, daha da düşməsini əngəlləməkdir

© REUTERS / Sergei Karpukhin/File PhotoNeft
Neft - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, OPEC-in son qərarı "qara qızıl"ın bir barelinin qiymətinə 10 dollarlıq artım qazandıra bilər. İstənilən halda qiymətin 50 dollar civarında qalacağı gözlənilir.

BAKI, 29 sen — Sputnik. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 8 ildən sonra ilk dəfə istehsalı azaltma qərarı alıb və qərardan sonra neftin qiymət qalxıb. Sputnik BBC-yə istinadla xəbər verir ki, Əlcəzairdə keçirilən OPEC toplantısından sonra açıqlama verən İranın neft naziri Bijan Zanganeh OPEC-in bu gün müstəsna bir qərar verdiyini deyib.

Нефтяные насосы в Уфе, Республика Башкортостан, Россия. 11 июля 2015 года - Sputnik Azərbaycan
İQTİSADİYYAT
OPEC ölkələri neft hasilatının azaldımasına dair razılıq əldə ediblər

Məlumata görə, toplantıda OPEC üzvü ölkələr neft istehsalını az miqdarda azalma azaltmaq qərarına gəlib. Qərarın detalları isə noyabr ayında keçiriləcək OPEC yığıncağına qədər açıqlanmayacaq. Ancaq, İran və Nigeriyanın neft nazirləri azalmanın gündə 500 ilə 700 min barel arasında olacağını söyləyiblər.

OPEC-in istehsalı azaltma qərarından sonra "Brent" markalı neftin bir barelinin qiyməti 6 faiz artaraq 49 dollara qalxıb. Təşkilatın kiçik üzvlərinin əksəriyyəti təklifin çox olması və tələbin azalması səbəbindən bir müddətdir neft istehsalının azaldılması üçün təzyiq göstərirdi. 2 il əvvəl 110 dollar səviyyəsində olan neftin bir barelinin qiyməti ötən dövrdə sürətlə düşmüşdü.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

1960-cı ildə Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuelanın qurduğu OPEC-ə isə zamanla Qətər, Liviya, İndoneziya, Ekvador, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Qabon və Anqola da qatılmışdı.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, OPEC orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə edib: "Neftin dünya bazar qiymətinin müəyyənləşdirilməsi baxımından bu qərar vacibdir. Çünki, OPEC dünyadakı gündəlik neft hasilatının 40 faizini təmin edən bir təşkilatdır. OPEC-in qərarı indiki məqamda daha çox qiymətlərin stabilləşdirilməsi baxımından vacibdir. OPEC razılıq əldə edə bilməsəydi, neftin qiyməti 30 dollara qədər azala bilərdi. OPEC-in son anlaşması potensial qiymət azalmalarının qarşısını almağa ünvanlanıb. Son qərardan sonra bazarda 6,5 faiz qiymət artımı baş verdi. Bu, fevral ayından bəri gündəlik ən yüksək qiymət artımıdır".

Ekspertin fikrincə, indiki məqamda kəskin qiymət artımları gözlənilmir: "OPEC də kəskin qiymət artımları üzərində köklənməyib. İndiki məqamda OPEC-in məqsədi qiymətin stabilləşməsinə nail olmaqdır. Son anlaşma qiymətlərin stabilləşməsinə imkan yaradacaq. Hətta qiymətlərin indiki məqamda 50 dollar intervalında stabilləşməsi ehtimalı yüksəkdir. Xüsusilə qeyri-OPEC ölkələrinin hasilat səviyyəsindən asılı olaraq gələcəkdə qiymətin dəyişməsi mümkündür. Amma mövcud tələb və təklif qiymətin stabilləşməsinə imkan verir. İndiki məqamda stabil qiymət məhz hər barel üçün 50 dollar ətrafında qiymətin stabilləşməsidir".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban şəxsi "Facebook" səhifəsində yazıb: "OPEC hasilatın azaldılması ilə bağlı yekun qərarını və ölkələr üzrə yeni kvotaların bölüşdürülməsi cədvəlini cari il noyabrın 30-da Vyanada keçiriləcək rəsmi sessiyasında təsdiqləməlidir. Qərar isə gələn ilin əvvəlindən qüvvəyə minməlidir. Əlcəzairdə əldə edilən razılaşma, əslində bazarın bu müddətdə "qızdırılması" üçün atılan yaxşı bir addımdır. Qarşıdakı iki ayda birjalara təsiredici amil kimi OPEC ölkələrinin aparıcı neft hasilatçılarının kvotalarını nə qədər aşağı salması ilə bağlı müzakirələrə sərf olunacaq və hər bir yeni açıqlanan rəqəm neft qiymətlərinin artıb-azalması və sonra korreksiyası ilə müşahidə olunacaq".

Mütəxəssisə görə, bundan ən çox qazanc götürən treyderlər olacaq: "Çünki bazarda dəyişkənlik amplitudası nə qədər yüksək olarsa, bir o qədər çox qazanca da ümid etmək olar. Bir sözlə, neft bazarı qızışma dövrü ərəfəsindədir, ancaq bu qızışmanın məqsədi — hələki 50 dollar baryerini aşmaq və mövqeləri bu diapazonda bərkitməkdir".

© oxu.azİlham Şaban
İlham Şaban - Sputnik Azərbaycan
İlham Şaban

"55 həddi bu günün prizmasından baxanda horizontda tutqun havadakı yanıb-sönən mayaka bənzəyir, çünki 2017-ci il üçün dünya iqtisadiyyatının real vəziyyəti ilə bağlı mənzərə heç də ürəkaçan proqnozlarla gəlmir", — İ. Şaban yazıb.

Qeyd edək ki, dünyanın iri maliyyə xidmətləri şirkəti olan Goldman Sachs Group Inc., OPEC-in son anlaşmasının neftin qiymətini 10 dollar artıra biləcəyini bildirib. Goldman Sachs 28 sentyabr tarixli hesabatında, "Neft istehsalının gündəlik 32.5 milyon ilə 33 milyon barel arasında məhdudlaşdırılması böyük bir ehtimalla neft qiymətlərini dəstəkləyəcək. Ən azından yaxın perspektivdə" ifadəsindən istifadə edib.

Goldman analitikləri hesabatında bildiriblər ki, qərar 2017-ci ilin ilk yarısında tətbiq olunarsa, digər hər şeyin sabit qalması vəziyyətində, bu gün açıqlanan istehsal kvotasının neft qiymətlərinə 7 — 10 dollar arasında təsir edə bilər.

Xəbər lenti
0