BAKI, 28 sen — Sputnik. OPEC təşkilatına daxil olan ölkələrin nümayəndələri Əlcəzairdə keçirilən iclasda neft hasilatının azaldılmasına dair razılığa nail olublar.
Bu barədə RİA Novosti xəbər verir.
Məlumata əsasən, orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.
Bildirilir ki, bununla bağlı kartel digər neft ixracatçı ölkələrini sazişə qoşulmağa çağıracaq.