CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı Forumun açılışında nitq söyləyib.

BAKI, 29 sen — Sputnik. Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Sputnik president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edirlər. Dövlət başçısı Forumun açılışında nitq söyləyib.

İstanbulda Türkiyənin ev sahibliyi, Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə Dünya Humanitar Zirvəsi başlayıb - Sputnik Azərbaycan
İstanbulda Dünya Humanitar Zirvəsi başlayıb

Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşısında duran iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır.

Azərbaycan Prezidentinin çıxışından sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. BMT baş katibinin müavini xanım Cihan Sultanoğlu təşkilatın baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini oxunub.

Sonra ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış edib. Forum işini plenar iclasla və "dəyirmi masa" rəhbərlərinin çıxışları ilə davam etdirir.

Xəbər lenti
0