İstanbulda Dünya Humanitar Zirvəsi başlayıb

© AP Photo / Lefteris Pitarakisİstanbulda Türkiyənin ev sahibliyi, Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə Dünya Humanitar Zirvəsi başlayıb
İstanbulda Türkiyənin ev sahibliyi, Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə Dünya Humanitar Zirvəsi başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Qlobal humanitar yardım sisteminin müzakirə ediləcəyi zirvəyə 60-a yaxın dövlət və hökumət başçısı qatılıb. Zirvədə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.

BAKI, 23 may — Sputnik. İstanbulda Türkiyənin ev sahibliyi, Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə Dünya Humanitar Zirvəsi (Sammiti) başlayıb. Sputnik Anadolu agentliyinə istinadla xəbər verir ki, qlobal humanitar yardım sisteminin müzakirə ediləcəyi zirvəyə 60-a yaxın dövlət və hökumət başçısı qatılıb.

Zirvə çərçivəsində ölkə liderlərinin ilk görüşü qapalı keçirilib. Humanitar Zirvə iki gün davam edəcək. Zirvədə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.

Xəbər lenti
0