Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ilin büdcəsində 650 milyon manatlıq kəsir olacaq

© Sputnik / Murad OrujovBüdcə
Büdcə - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb. 2017-ci il dövlət büdcəsinin xərcləri ÜDM-in 26,6%-i səviyyəsində nəzərdə tutulur.

BAKI, 29 sen — Sputnik. 2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dövlət büdcəsinin gəlirlərinin 15,955 mlrd. manat, xərclərinin isə 16,6 mlrd. manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.

Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Hökumət xərclər siyasətini sərtləşdirir - yəni?

Gələn ilin dövlət büdcəsində 645 mln. manatlıq kəsir nəzərdə tutulub. 2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1% təşkil edəcək.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Gələn ilin büdcə gəlirlərinin 15,313 mlrd. manatını və yaxud 96%-ni mərkəzləşdirilmiş gəlirlər, 642 mln. manatını və yaxud 4%-ni yerli gəlirlər, büdcə xərclərinin 15,882 mlrd. manatını və yaxud 95,7%-ni mərkəzləşdirilmiş xərclər, 718 mln. manatını və yaxud 4,3%-ni yerli xərclər təşkil edəcək.

2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7210 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6100 mln. manatı ARDNF-dən transfertlərin, 2200 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445 mln. manatı isə digər gəlirlərin payına düşür.

2017-ci il dövlət büdcəsinin xərcləri ÜDM-in 26,6%-i səviyyəsində nəzərdə tutulur. Bu da 2016-cı illə müqayisədə 4,4 faiz-bənd azdır. 2017-ci il dövlət büdcəsinin xərcləri 16600 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 1895 mln. manat və ya 10,2% az deməkdir.

Xəbər lenti
0