Nüvə yarışmasında kim daha güclüdür: ABŞ, yoxsa Rusiya?

© AFP 2024 / FRED TANNEAURusiyaya məxsus sualtı nüvə gəmisi
Rusiyaya məxsus sualtı nüvə gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp Amerikanın nüvə potensialının köhnəldiyini deyir. Klinton isə rəqibini nüvə silahına yaxın buraxmağın təhlükəli olduğunu bəyan edib.

Nüvə yarışmasında kim daha güclüdür: ABŞ, yoxsa Rusiya?
BAKI, 28 sen — Sputnik. "Rusiyanın nüvə potensialı daha yenidir və ABŞ-ın imkanları artıq köhnəlib". Bu sözləri Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Tramp deyib.
Nüvə silahı - Sputnik Azərbaycan
RUSİYA
"Rusiya başqa ölkələrin ərazisində nüvə silahı yerləşdirməyəcək"

"Rusiya bizdən fərqli olaraq, öz imkanlarını genişləndirir, onların daha böyük imkanları mövcuddur", — Hillari Klintonla növbəti debatı zamanı, nüvə silahı ilə bağlı öz mövqeyini izah edərkən Tramp bildirib.

O, əlavə edib ki, nüvə təhlükəsi ən böyük təhdiddir. Respublikaçı namizədin sözlərinə görə, belə təhlükədən yayınmağın yalnız bir yolu var. Ki, prezident seçiləcəyi təqdirdə o, yenidən silahlanmaya birinci başlamayacaq.

"Nüvə təhdidi hər şeyin sonudur, amma biz ona cavab verməyə hazır olmalıyıq", — o vurğulayıb.

Hillari Klinton isə növbəti dəfə bəyan edib ki, Trampı nüvə silahına yaxın buraxmaq olmaz.

Amerikada seçkiərəfəsi kampaniyanın qaydalarına uyğun olaraq, debatlarda seçicilərin 15%-nin səsini qazanmış namizədlər iştirak edə bilərlər. ABC televiziya şirkətinin və "Washington Post" qəzetinin apardığı sonuncu sorğunun nəticələrinə görə, populyarlığına görə, Klinton (46 fazi) Trampı (44 faiz) iki faizlik fərqlə qabaqlayır. Yeni ABŞ prezidentinin adı noyabrın 8-də məlum olacaq.

Bu arada Pentaqonun rəhbəri Eşton Karter bəyan edib ki, Amerika üçün iki dövlət — Rusiya və Şimali Koreya nüvə təhlükəsi yaradır. "Yalnız Rusiya və Şimali Koreya nüvə təhlükəsi yaratmaq imkanında olan dövlətlərdir", — Şimali Dakotada hərbçilərlə görüşdə çıxış edən Karter deyib.

Onun sözlərinə görə, ABŞ və NATO-dakı müttəfiqləri Rusiyanı nüvə silahından istifadə etmək fikrindən daşındırır. Amerikanın müdafiə naziri deyib ki, onun ölkəsi köhnəlmiş nüvə ritorikasını canlandırmaq üçün bahanə axtarmır və bunda maraqlı deyil.

ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
ABŞ nüvə ölkələrinə çağırış etdi

Sentayabrın 9-da Şimali Koreyanın bütün tarixi boyu ilk dəfə olaraq geniş nüvə sınağını həyata keçirməsini də Pentaqon təhlükə kimi qiymətləndirib. Həmin sınaqlarda partlayışın gücü on kiloton təşkil etmişdi.

Pentaqon rəhbəri bəyan edib ki, Cənubi Koreyanın potensialı Şimaldan ola biləcək hücumun qarşısını almağa hesablanıb. Bununla yanaşı Karter birmənalı vurğulayıb ki, ABŞ özünə və müttəfiqlərinə qarşı ola biləcək hər hansı təhdidi dəf etmək gücündədir.

Rusiya hakimiyyəti də öz növbəsində, amerikalıların öz sərhədlərindən kənarda nüvə başlıqları yerləşdirməsinin təhlükə mənbəyi olduğunu bayan edib. "Avropada nüvə başlıqlarının yerləşdirilməsi planı isə daha təhlükəlidir. Bu, Avropanın təhlükəsizliyini gücləndirmir. Rusiya başqa ölkələrdəki nüvə başlıqlarını hələ 1989-1990-cı illərdə çıxardıb. Bütün nüvə potensialı, xüsusən də taktiki xarakterli silahlar, yalnız bizim öz milli sərhədlərimiz daxilində yerləşir", — deyə Rusiya XİN rəsmisi Mixail Ulyanov bəyan edib.

Xəbər lenti
0