BAKI, 23 sen — Sputnik. "Rusiya xarici ölkələrin ərazisində nüvə silahı yerləşdirməyi düşünmür". Sputnik Vesti.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahların yayılmaması və nəzarəti məsələləri üzrə idarəsinin direktoru Mixail Ulyanov bildirib.
"Bizim ölkəmiz 1989-1990-cı illərdə xarici ölkələrdən öz nüvə silahlarını çıxarıb. Taktiki silahlar da daxil olmaqla bütün nüvə silahları öz ərazimizdədir. Biz başqa bölgələrdə atom silahı yerləşdirməyi düşünmürük", — deyə direktor vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl nüvə silahına malik dövlətlər, o cümlədən Rusiya atom silahının qadağan edilməsi üzrə danışıqlarda iştirak etməyəcəyini bildirib.