İnanmayacaqsınız, o da piylənməyə səbəb olurmuş...

Abunə olmaq
Eksperiment nəticəsində məlum olub ki, yüksək piylənmə dərəcəsi olan insanların bağırsaqlarında bakteriyaların sayı normadan dəfələrlə artıqdır

BAKI, 27 sen — Sputnik. London Kral Kollecinin əməkdaşları bildiriblər ki, bağırsaq bakteriyaları bədəndə yağın paylanmasına təsir göstərir. Sputnik xarici mediaya istinadla xəbər verir ki, Britaniya alimlərini bu qənaətə apardıqları eksperimentin nəticələri gətirib.

Kök adam - Sputnik Azərbaycan
Piylənmə bəlasının çarəsi tapıldı

Onlar piylənmədən əziyyət çəkən 3600 könüllü üzərində eksperiment aparıblar. İştirakçılar üzərində aparılan araşdırma zamanı məlum olub ki, yüksək piylənmə dərəcəsi olan insanların bağırsaqlarında bakteriyaların sayı normadan dəfələrlə artıqdır.

Eksperiment zamanı alimlər müxtəlif piylənmə dərəcələrinə görə, mədə-bağırsaq traktının mikloflorasından götürülmüş nümunələr əsasında bakteriyaların müxtəlifliyini və onların bel nayihəsində toplanmış qalın təbəqəsinin xarakterini müəyyən ediblər. Alimlər, həmçinin müəyyənləşdiriblər ki, insanların nəcisinin mikrobiotunun irsi komponentləri vitseral yağlarla birbaşa əlaqədardır.

Hazırda bizim planetdə əhalinin 30%-i piylənmədən əziyyət çəkir. Bununla əlaqədar olaraq alimlər fiziki yükə vaxt ayırmağı və sağlam qidalanma prinsiplərinə riayət etməyi məsləhət bilirlər.

Xəbər lenti
0