CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piylənmə bəlasının çarəsi tapıldı

Abunə olmaq
Rap1 geni piylənməyə səbəb olur, onun fəaliyyətinin dayandırılması isə kökəlmənin qarşısını birdəfəlik alır

BAKI, 15 sen — Sputnik. Beylor Tibb Kollecini və Vircinyanın Politexnik Universitetini təmsil edən Amerika alimləri piylənməyə səbəb olan geni tapıblar. Sputnik xəbər verir ki, mütəxəssislər laboratoriyada siçanlar üzərində çoxsaylı eksperimentlər apararaq gəmiricinin orqanizminin bir neçə yerində, o cümlədən, baş beynində Rap1 geninin fəaliyyətini öyrəniblər.

Buz - Sputnik Azərbaycan
Bu üsulla 3 günə piyləriniz əriyəcək

Sən demə, Rap1 təkcə yaddaşın və təhsil prosesinin formalaşmasında iştirak etmir. Mütəxəssisləri daha çox onun enerji balansının təminatında oynadığı rol maraqlandırıb.

Alimlər Rap1 geninin fəaliyyətini dayandırıblar və nəticədə bu siçanlar nəzarət qrupundakı digər siçanlarla müqayisədə yağlı qidalardan nə qədər yesələr də, artıq çəki yığmayıb.

Bununla belə, fəal olmayan genə malik heyvanlarda leptinə (toxluq hormonu) qarşı müqavimət inkişaf etməyib. Onlarda yeməyə daimi təlabat var.

Araşdırmalar nəticəsində alimlər bu qənaətə gəliblər ki, yaxın gələcəkdə piylənmənin kifayət qədər effektiv müalicə olunması üçün vasitə əldə ediləcək.

Xəbər lenti
0