ELM

Lider müəllim seçiləcək

© Sputnik / Pavel Komarov / Mediabanka keçidMüəllim
Müəllim - Sputnik Azərbaycan
Abunə olmaq
"Lider müəllim - innovativ müəllim" və "Lider müəllim - təşəbbüskar müəllim" üzrə qiymətləndirməni beş nəfərdən ibarət komissiya müəyyən edəcək

BAKI, 27 sen — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Lider müəllim-Lider universitet" layihəsinə start verilib. Azərbaycan Dövlət İqtisad Universitetininin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, layihənin əsas məqsədi UNEC-in professor-müəllim heyətinin peşəkarlıq qabiliyyətinin daha da yüksəldilməsi, onların elmi tədqiqata, şəxsi inkişafa, sosial fəaliyyətə, işgüzar əlaqələrə olan marağının artırılmasından ibarətdir.

Rus dili dərsi - Sputnik Azərbaycan
ELM
Müəllimlərin işə qəbulunu yerli təhsil şöbələri həyata keçirə bilər

Layihəyə uyğun olaraq pedoqoji heyət arasında "Lider müəllim — innovativ müəllim", "Lider müəllim — peşəkar müəllim", "Lider müəllim — tədqiqatçi müəllim", "Lider müəllim — sevimli müəllim", "Lider müəllim — təşəbbüskar müəllim", "Lider müəllim — ixtiraçi müəllim" və "Lider müəllim — özünü inkişaf etdirən müəllim" kriteriyaları üzrə müsabiqə keçiriləcək.

"Lider müəllim — innovativ müəllim" və "Lider müəllim — təşəbbüskar müəllim" üzrə qiymətləndirməni beş nəfərdən ibarət komissiya müəyyən edəcək. Onlar müsabiqədə iştirak edən müəllimə əvvəlcədən xəbər vermədən 4 dərsdə (2 mühazirə 2 məşğələ olmaqla) iştirak edərək, meyarlar üzrə qiymətləndirmə aparacaq. Müsabiqənin yekununda ən yüksək nəticə göstərən müəllimlərin balları eyni olarsa, o zaman Differensial əmək haqqı sistemindəki "Tələbə Məmnunluq Anketini"ndə daha yüksək bal alan şəxs qalib seçiləcək.

"Lider müəllim — innovativ müəllim" kriteriyasının qiymətləndirmə meyarları innovativ tədris metodlarından istifadə, Elektron Universitet Modelindən yararlanma və tədris resurslarının yenilənmə səviyyəsinə görə 10 ballıq sistemlə aparılacaq. "Lider müəllim — təşəbbüskar müəllim" kriteriyası isə tədris prosesinin təkmilləşdirilməsi, işgüzar və ictimaiyyətlə əlaqələrinin inkişafı, eyni zamanda idman və sosial mövzuda layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüsün sayına görə qiymətləndiriləcək.

Digər 5 kriteriya isə UNEC-də tətbiq edilən professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin müvafiq bölmələrinin nəticələrinə əsaslanaraq aparılacaq.

Qeyd edək ki, müsabiqədə iştirak könüllülük əsasında aparılacaq. İştirak etmək istəyənlər üçün unec.edu.az saytında elektron ərizə forması yerləşdiriləcək. Komissiya daxil olan esseləri qiymətləndirərək, müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirəcək. Sonra müsabiqəyə qatılan müəllimlərin siyahısı elan ediləcək. Müsabiqə 2017-ci il iyunun 30-dək davam edəcək.

Xəbər lenti
0