Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan hərbçiləri dünya çempionatında tarix yazdılar

© AR Ministry of DefenseAzərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Makedoniyada keçirilən dünya çempionatında komandamızın üzvləri 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıb.

BAKI, 27 sen-Sputnik. Makedoniyanın paytaxtı Skoype şəhərində güləş üzrə hərbçilərin dünya çempionatı keçirilib. Güləşçilərimiz yarışda Azərbaycanı uğurla təmsil edib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, fərdi yarışlarda komandamızın üzvləri 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıb.

Qızıl medalları sərbəst güləşdə Ağahüseyn Mustafayev (65 kq), Yunan-Roma güləşində Həsən Əliyev (71 kq) qazanıb.

Gümüş medalları isə sərbəst güləşdə Coşqun Əzimov (70 kq), Yunan-Roma güləşində isə Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) qazanıb.

Bürünc medal qazanan idmançılar isə bunlardır: sərbəst güləş üzrə Əşrəf Əliyev (74 kq), Yunan-Roma güləşi üzrə Murad Məmmədov (59 kq), Sənan Əlimirzəyev (75 kq).

Yarışda Yunan Roma güləşi üzrə komanda hesabı üzrə yığmamız 53 xalla ikinci yerə çıxıb. Belə ki, Rusiya 61 xalla birinci, 53 xalla Azərbaycan ikinci, Ukrayna 52 xalla üçüncü yerləri bölüşüb.

Xəbər lenti
0