BAKI, 26 sen — Sputnik. Sentyabrın 19-dan etibarən həlak olan Suriya vətəndaşlarının sayı 444 nəfərə çatıb. Dünən Bəşər Əsədə bağlı birliklər tərəfindən Hələbə təşkil olunan hücumlarda, əksəriyyəti qadın və uşaq olmaqla, 85 nəfər həyatını itirib, 200-dən çox insan yaralanıb.
Sputnik Trt-yə istinadən xəbər verir ki, rejim ordusu sivillərə qarşı vakuum, çəllək və fosforlu bombalardan istifadə edib. Çoxlu sayda bina yerlə yeksan olub. Xəstəxanalarda isə çarəsizlik hökm sürür, yaralıları yerləşdirəcək məkan və tibbi personal çatışmazlığı yaşanır.
Şəhərin infrastrukturu tamamilə yararsız hala düşüb. Məlumata görə, 2 milyon insan susuz qalıb. Qarşıdurmalar şəhərin şimalındakı Handarat bölgəsində daha intensive şəkildə davam edir.
Bölgədəki qaçqın düşərgəsi və hərbi obyektlər gah rejim qüvvələrinin, gah da müxaliflərin əlinə keçir. Sadəcə ötən şənbə günü təşkil edilən hava hücumlarında Hələbdə 92 insan həlak olmuş, 273 nəfər yaralanmışdı.
Əsəd rejimi, ABŞ və Rusiyanın əldə etdikləri razılıq əsasında 12 sentyabrda başlayan atəşkəsi 19 sentyabrda bitirdiyini elan edib və Rusiya ordusu Hələbin mərkəzində müxaliflərin nəzarətində olan şərq bölgələrini amansız bombardımana tutur.