CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən fəal seçki dairəsi bəlli oldu

© Sputnik / Murad OrujovAzərbaycanda referendum
Azərbaycanda referendum - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 12.00-a olan məlumata görə, ən fəal seçki dairəsində 49374 seçicidən 21305-i artıq səs verib. Bu, 43.15 faiz seçici fəallığı deməkdir.

BAKI, 26 sen — Sputnik. Azərbaycanda keçirilən referendumda saat 12:00-a olan ən fəal seçki dairəsinin adı açıqlanıb. Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a olan məlumata görə, ən fəal seçki dairəsi 14 saylı Xəzər Seçki Dairəsidir. Burada 49374 seçicidən 21305-i artıq səs verib. Bu, 43.15 faiz seçici fəallığı deməkdir. Ən passiv seçki dairəsi isə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Burada 45690 seçicidən 7276-i səs verib. Bu isə 15.92 faiz seçici fəallığı deməkdir.

Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
CƏMİYYƏT
MSK-nın "qaynar xətt"inə şikayət daxil olmayıb

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0