CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK-nın "qaynar xətt"inə şikayət daxil olmayıb

© Sputnik / Murad OrujovMərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 12.00-dək olan məlumata görə ölkə üzrə seçki prosesi normal məcrada davam edir

BAKI, 26 sen — Sputnik. Saat 12:00-a qədər Mərkəzi Seçki Komissiyasının "qaynar xətti"nə (115) qanun pozuntusu ilə bağlı hər hansı şikayət daxil olmayıb. Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov səsvermənin gedişi ilə bağlı keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

Milli Məclisin sədri Oqtay Əsədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Spiker səsvermə hüququndan istifadə etdi

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0