CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spiker səsvermə hüququndan istifadə etdi

© Sputnik / / Fuad HasanovMilli Məclisin sədri Oqtay Əsədov
Milli Məclisin sədri Oqtay Əsədov - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin sədri Oqtay Əsədov 22 saylı seçki məntəqəsində səs verib

BAKI, 26 sen — Sputnik. Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin (referendum) başlandığı səhər saatlarından 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində də fəallıq müşahidə olunurdu. Sputnik xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bu seçki məntəqəsinə gələrək səs verib. Məntəqədə 1203 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 6 saylı seçki məntəqəsində səs verib - Sputnik Azərbaycan
Prezident səs verdi

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0