Avtomobil şirkəti əvvəl cərimələndi, sonra mükafat aldı

© REUTERS / Imelda MedinaThe logo of German carmaker Volkswagen is seen at the Volkswagen (VW) automobile manufacturing plant in Puebla near Mexico City September 23, 2015
The logo of German carmaker Volkswagen is seen at the Volkswagen (VW) automobile manufacturing plant in Puebla near Mexico City September 23, 2015 - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın "Volkswagen" avtomobil şirkətinə 2016-cı ilin kimya üzrə Şnobel mükafatı təqdim olunub.

BAKI, 23 sen-Sputnik. Almaniyanın "Volkswagen" avtomobil şirkətinə 2016-cı ilin kimya üzrə Şnobel mükafatı təqdim olunub.

Sputnik xarici mətbuata istinadla xəbər verir ki, avtomobil konserni bu mükafata ətraf mühitə atılan zərərli maddələri "effektiv" şəkildə ölçən cihazı yaratdığı üçün layiq görülüb.

Qeyd edək ki, Şnobel mükafatı ABŞ-da Harvard universitetində təqdim olunub.

Xatırladaq ki, bundan öncə "Volkswagen" ətraf mühitə atılan maddələrin göstəricilərinin gizlədilməsində yol verdiyi nöqsana görə külli miqdarda cərimələnib. Bu proses "dizel qalmaqalı" kimi tarixə düşüb. Yaranmış qalmaqalın fəsadlarını aradan qaldırmaq üçün şirkət ABŞ-da 10,2 milyard dollara yaxın pul xərcləməli olub.

Şnobel, İqnobel və ya Antinobel adlandırılan bu mükafat Nobel mükafatına parodiyadır. Mükafat hər ilin oktyabrının əvvəlində, əsl Nobel mükafatının laureatları elan edilməmişdən əvvəl elan edilir. Mükafat güldürən, sonra isə düşünməyə vadar edən nailiyyətlərə görə verilir.

Mükafat Mark Abrahams və "Qeyri adi tədqiqatlar salnaməsi" adlı yumoristik jurnal tərəfindən təsis edilib.

Xəbər lenti
0